Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

23 Mart 2015, 14:56

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 24-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Günün ikinci yarısı şimal-qərb küləyi ilə əvəzlənəcək, axşama doğru bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 8-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 24-də bəzi yerlərdə yağış yağacaq, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qara keçəcək, bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 şaxta, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı