Modern.az

Yanukoviçin oğlu Sevastopolda dəfn olundu

Yanukoviçin oğlu Sevastopolda dəfn olundu

Təhsil

23 Mart 2015, 19:35


Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin kiçik oğlu Viktor Yanukoviçin Sevastopolda dəfn mərasimi keçirilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ali Radanın keçmiş deputatının meyiti Simferopol şəhərinə “Mərkəz-Cənub” aviasiya şirkətinin İrkutsk-Ufa-Simferopol çarter reysi ilə gətirilib. Moskva vaxtı ilə saat 13:10-da təyyarə Krım hava limanına enib. Dini mərasimlər yerinə yetiriləndən sonra Yanukoviçin oğlu Sevastopoldakı hərbi qəbiristanlıqda dəfn olunub.

Keçmiş prezidentin oğlunun ölməsi ilə bağlı xəbər martın 22-də yayılıb. Onun Baykal gölünə avtomobillə düşməsi nəticəsində öldüyü bildirilib.

Modern.az


Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!