ABŞ-da 12 yaşındakı bir qız uşağı anası cib telefonunun əlindən alandandan sonra onu paltar suyu ilə zəhərləməyə cəhd edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Kolorado ştatında yaşayan qızın ilk cəhdi uğurlu olmayınca anasını təkrar öldürmək istəyib.
Anasına yemək hazırlayan gənc qız, mikserdən keçirdiyi meyvə şirəsinin içinə paltar suyu qatıb.
Meyvə suyunu içməyə başlayan ana qəribə qoxu hiss etsə də, ancaq qızının stəkanı yeni yuduğunu və yaxşı yaxaladığını düşünüb içib. Kiçik qızının onu zəhərləmək istədiyi ağlına belə gəlməyən qadın xəstəxanaya gedib.
İnanılmaz olsa da qadın qızının onu öldürmək istəməsini polisə bildirib. Anasını öldürməyə çalışan qız islah evinə göndərilib.
Modern.az