Ukraynada prezident Pyotr Poroşenko ilə Dnepropetrovsk vilayətinin qubernatoru İqor Kolomoyski arasındakı siyasi gərginliyin təzahürləri Ali Radaya da sıçrayıb.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, Dnepropetrovskun Ali Radada təmsil olunan və İqor Kolomoyskini dəstəkləyən 4 deputatı “Pyotr Poroşenkonun bloku” fraksiyasından istefa verdiklərini açıqlayıblar.
Qeyd edilir ki, Andrey Denisenko, Vitali Kupriy, Valentin Didıçı və Aleksandr Dubininin Pyotr Poroşenkonu tərk etməsi prezidentin Kolomoyski ilə başlayan münaqişəsi ilə bağlıdır.
Ali Radanın deputatı Aleksandr Dubinin bildirib ki, kimsə Poroşenko ilə Kolomoyskinin arasını vurmaq niyyətindədir.
Vitali Kupriy isə ölkə prezdentinin siyasəti ilə razılaşmadığını bəyan edib.
Qeyd edək ki, Pyotr Poroşenkonun və daxili işlər naziri Arsen Avakovun şəxsi silahlı dəstələrə malik qubernatorlara qarşı mübarizəsi Dnepropetrovsk vilayətinin qubernatoru İqor Kolomoyskiyə də şamil olunub.
Modern.az