
İspaniyanın “Barselona” futbol klubunun keçmiş və indiki prezidentləri Sandro Rossel və Xosep Bartomeu barəsində 7 və 2,3 il həbs qərarı çıxarıla bilər.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar braziliyalı hücumçu Neymarın Braziliyanın “Santos”klubundan 2013-cü ildə keçidindən vergi ödəməməkdə təqsirkar bilinirlər. “Barselona” rəhbərliyi üçün belə ağır cəzanı prokuror tələb edir. İttiham tərəfi klubun 22,2 milyon avro cərimə ödəməsini də tələb edir. Bartomeu və Rossel 2011-2014-cü illərdə Neymarın keçidi ilə bağlı real dəyəri gizlətməklə 13 milyon avro ödəməməkdə ittiham olunurlar.
Rossel əvvəlcə bəyan edirdi ki, braziliyalı kluba 57,1 milyon avroya başa gəlib, ancaq komandanın rəhbərliyi sonradan oyunçu ilə müqavilədə əlavə məbləği etiraf edib. Oyunçunun atası isə Neymarın keçidinin real dəyərinin 86,2 milyon avro olduğunu açıqlayıb.
Rosselin zamanında vitse-prezident vəzifəsinbi tutan Bartomeu fevral ayında keçirilən məhkəmədə bəyan edib ki, Neymarla müqavilənin imzalanması prosesində iştirak etməyib və fırıldaqçılıq hərəkətində bilərəkdən rolu olmayıb.
Modern.az