İkinci Dünya Müharibəsindən sonra hərbçilərin təcavüzünə məruz qalan alman qadınları ilə bağlı "Əsgərlər gəldiyində" adlı kitab nəşr olunub və satışa çıxarılacaq.
Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə kitabın müəllifi Miriam Gebhard adlı tarixçidir.
Araşdırmalardan ibarət olan kitabda bildirilib ki, 190 min alman qadını ABŞ əsgərləri zorlayıb. Bununla yanaşı qeyd olunur ki, ümumiyyətlə müttəfiq qoşunları 860 min alman qadına təcavüz edib.
Məlumata görə ABŞ, İngiltərə və Fransa ordusunun hərbçilərinin zorlama taktikaları SSRİ əsgərlərinkindən fərqlənməyib.
Modern.az