Modern.az

ABŞ-da ehtiyat edam üsulu

ABŞ-da ehtiyat edam üsulu

Təhsil

24 Mart 2015, 12:50


ABŞ-ın Yuta ştatında edam cəzasının tətbiq edilməsinə qərar verilib. Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, zəhərli iynə ilə məhkumların ölümündə istifadə edilən dərmanlarla təmin etməkdə çətinlik çəkən ştat rəhbərliyi məhkumların edam edilməsinə qərar verib.

Yuta ştatının Qubernatoru Qari Herbert, ştatda ölüm cəzasının edamla aparılmasını  tanıyan qanun layihəsini təsdiqləyib.

"Hakim şübhəlinin günahkar olduğuna hökm verərsə və edam cəzası verərsə bizim bu cəzanı tətbiq etməkdən başqa carəmiz yoxdur. Zəhərli iynə ilə də edama davam edəcəyik. Edam qərarı, lazımi dərmanların tapılmaması vəziyyətində bizim üçün ehtiyat bir üsul olacaq"-  deyə ştatın nümayəndəsi Marti Karpenter bildirib.

Xatırladaq ki, keçən il Oklohama ştatında zəhərli iynəylə edamı zamanı 38 yaşındakı Klayton Loket 40 dəqiqə can verdikdən sonra ürək infaktından ölüb. Yuta ştatında  edam edilərək öldürülən son məhkum isə 2010-cu ildə Ronnie Le Gardner adlı şəxs olub.

Şahin Qocayev 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı