
Bu gün Fransada “Airbus A320” sərnişin təyyarəsi qəzaya uğrayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qəzaya uğrayan təyyarə “German Wings” avişirkətinə məxsusdur. Təyyarə Barselonadan Düsseldorfa uçurmuş.
Məlumata görə təyyarədə 142 sərnişin və 6 ekipaj üzvü olub. Hələlik onların taleyindən bir xəbər yoxdur. Fransa prezidenti Fransua Olland deyib ki, qəzanı təsdiqləyən fotolardan aydın görmək olar ki, təyyarədə olanlardan kimsə sağ çıxa bilməz.
***
Qəzaya uğrayan təyyarənin qalıqları Fransanın cənubundakı Barselonet şəhəri yaxınlığında Alp dağlarında tapılıb. Yol problemi olduğundan yanğınsöndürənlər və xilasedicilərin təyyarənin düşdüyü əraziyə hələ ki yetişmədiyi bildirilir. Yerli hakimiyyət nümayəndələri qəza nəticəsində sərnişinlərdən və ekipaj üzvlərindən kiminsə sağ qala biləcəyinə inanmır.
Fransa prezidenti Fransua Olland qəza ilə bağlı deyib ki, "A320" təyyarəsinin göyərtəsində Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub.
"Çox güman ki, Fransanın cənubunda "A320" təyyarəsinin qəzaya uğraması nəticəsində sağ qalan yoxdur".
O qeyd edib ki, təyyarə qalıqlarının vəziyyəti deməyə əsas verir ki, qəza nəticəsində heç kəs sağ qalmayıb: "Təyyarə dağlıq ərazidə qəzaya uğrayıb".
Qəzaya uğramış "Airbus" təyyarəsi Barselonadan Düsseldorfa uçurdu.