Almaniyanın “Germanwings” hava yolu şirkətinə məxsus Barselonadan Düsseldorfa uçan təyyarə Fransanın cənubunda qəzaya uğrayıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, Kataloniya xəbər kanalının məlumatına görə, təyyarədə 39 türk soyadlı sərnişin olub.
İspaniyanın Barselona şəhərindən qalxan təyyarədə 148 sərnişin və ekipaj üzvü olub. Təyyarə son dəfə 2000 metr hündürlükdə radarda görünüb.
Digər məlumata görə, təyyarədə ölənlər arasında olan türk sərnişinlərdən birinin kimliyi də məlumdur. Bu 36 yaşlı Gülzar Polad adlı türk vətəndaşının İstanbullu olduğu bildirilir. Sərnişinlərdən 45-nin ispan, 67-nin isə alman olduğu da iddia edilir.
Modern.az