Modern.az

Almaniyada möhtəşəm Novruz gecəsi - FOTOLAR

Almaniyada möhtəşəm Novruz gecəsi - FOTOLAR

Təhsil

25 Mart 2015, 11:15

Martın 20-də Alman- Azərbaycan Mədəniyyət Evi Almaniyanın Köln şəhərində Novruz gecəsi təşkil edib. Bayram gecəsində iştirak etmək üçün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin yardımı ilə tanımış müğənnilər də yaxından iştirak edib. Bayram konsertindən öncə Almaniyada olan Türk kanallarından birində çıxış etməli olan sənətçilərimiz təyyarənin gecikməsi kimi bir sıra texniki səbəblərə görə proqramda iştirak edə bilməyiblər.

Bir sıra saytların doğru olmayan başlıqlardan istifadə edərək keçirdikləri tədbirə kölgə salmaq niyyətində olduqlarını bildirən Alman-Azərbaycan Mədəniyyət Evinin sədri Ağa Ağayev Modern.az-a həm baş vermiş konsertlə bağlı, həm də yayılan yalan məlumatlarla bağlı öz münasibətini bildirib. “Bəzi mətbu orqanlarda belə bir məlumat gedib ki, guya bizim azərbaycanlı müğənnilər-Natavan Həbibi, Elnur Məmmədov və Səidə Sultan- Almaniyada türk kanalına getməkdən imtina ediblər. Amma əslində vəziyyət tamam fərqlidir.

Bildiyiniz kimi, biz 20 mart 2015-ci il tarixində böyük bir tədbir təşkil etdik. Tədbirimiz “Avropanın ən böyük Novruz gecəsi” adlandı. Tədbirin gözəl keçirilməsi üçün Azərbaycandan Səidə Sultan, Natəvan Həbibi və Elnur Məmmədovu dəvət etmişdik.

Aparıcılarımız Atv-dən Zaur Baxşəliyevlə Gunay xanım idi. Görünür belə bir tədbirin keçirilməsi və bizim oradakı fəaliyyətlərimiz  müəyyən insanlara maraqlı görsənir və yalan məlumatlar yayaraq bizim tədbirimizə kölgə salamaq məqsədi güdürlər. Əslində isə belə deyil. Biz türk kanalında görüş təşkil etmişdik. Həmin gün üçün erkən saata bilet tapa bilmədik. Onların daha erkən getmələri mümkün olmadı və buna görə də təyyarə də biraz gecikdi. Proqramı isə hər hansısa bir təyyarənin geçikməsinə görə gecikdirmək mümkün deyil.

Mətbuatda isə yalan məlumatlar verərək bildiriblər ki, guya həmin proqramda Bakıda keçiriləcək Avropa Olimpia oyunları ilə bağlı müzakirələr gedəcəkdi və müğənnilərimiz proqrama qatılmaqdan imtina ediblər.

Birincisi bildirim ki sənətçilərimiz siyasətçi və idman mütəxəsisi deyillər ki, Avropa Olimpiya oyunları ilə bağlı bir geniş açıqlama versinlər. Təbii ki, onlar çıxışları zamanı bu məsələləri də qeyd edəcəkdilər. Bu zəruri və vacibdir. Lakin  həmin proqramın Avropa Olimpia oyunlarına həsr edilməsi məsələsi kökündən yalan xəbərdir. Proqramın keçirilməsində əsas məqsəd Novruz bayramı və Azərbaycan mədəniyyəti ilə bağlı xarici vətəndaşlara məlumatlar verməkdən ibarət idi. Onların proqramda iştirak etməsi bir sıra texniki problemlərə görə alınmasa da, müğənnilərimiz bizə bu cür fəaliyyətləri ilə çox böyük bir dəstək vermiş oldular. Keçirilən möhtəşəm konsert nəticəsində xarici vətəndaşlar Azərbaycan müsiqisi və mədəniyyətinin incəlikləri ilə tanış oldular.

Köln şəhərinin əlverişli bir yerdə yerləşməsi konsertə Almaniya, Luksemburq, Hollandiya, Belçika və digər yerlərdə yaşayan soydaşlarımızın iştirak etməsinə şərait yaratdı. Bu dəfəki tədbirimizə hətta İngiltərədən də insanlar gəlib iştirak etdilər və deyərdim ki, çox böyük möhtəşəm bir tədbir alındı. Konsertdə minə yaxın soydaşımız iştirak etdi. Tədbirə azərbaycanlılarla yanaşı almanlar, ruslar, gücülər, türklər və iranlılar da qatıldı.”

Tədbirin çox yüksək səviyyədə keçirildiyini bildirən təşkilat sədri Ağa Ağayev müğənnilərimizin heç bir qarşılıq olmadan Kölndə keçirilən konsertdə iştirak etdiklərini bildirib. Göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziliyinə öz minnətdarlığını bildirən Ağa Ağayev gələcəkdə də Azərbaycan mədəniyyətinin tanıdılması üçün geniş bir şəkildə fəaliyyətlər göstərəcəklərini bildirib.  

   Şahin Qocayev  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı