Modern.az

Avropa Oyunlarında yarışların 9-cu günü başladı

Avropa Oyunlarında yarışların 9-cu günü başladı

Təhsil

20 İyun 2015, 09:20

 

Bakı-2015 Avropa Oyunları çərçivəsində yarışların 9-cu günü başlayıb.

Modern.az-ın məlumatına görə, bu gün kamandan oxatma, çimərlik voleybolu, boks, şose velosipedi, suya tullanma, idman gimnastikası, atıcılıq, voleybol və su polosu üzrə yarışlar keçiriləcək.

Oyunların 9-cu günü çərçivəsində 18 dəst medal oynanılacaq: 1-i su polosu, 3-ü atıcılıq, 10-u idman gimnastikası, 2-si suya tullanma, 1-i şose velosipedi idmanı, 1-i isə çimərlik voleybolunda.

Azərbaycan idmançıları gün ərzində kamandan oxatma, boks, idman gimnastikası, şose velosipedi və suya tulanma yarışlarında qüvvələrini sınayacaqlar.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!