Modern.az

İlham Əliyev Latviyanın yeni prezidenti ilə görüşüb

İlham Əliyev Latviyanın yeni prezidenti ilə görüşüb

Təhsil

22 İyun 2015, 13:38


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Latviya Respublikasının yeni seçilmiş Prezidenti Raymonds Veyonis ilə görüşüb.

İlham Əliyev Raymonds Veyonisi Latviya Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib, ona ali dövləti fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Prezident Raymonds Veyonis Latviya-Azərbaycan əməkdaşlığının yaxşı səviyyədə olduğunu bildirib, ölkələrimizin iş adamları, müxtəlif nazirliklər və qurumlar arasında əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu qeyd edib.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!