Modern.az

Bakıda polis saxlanıldı

Bakıda polis saxlanıldı

Təhsil

24 Avqust 2015, 13:19


İdarə etdiyi avtomobillə Yol Patrul Xidməti əməkdaşını vuran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az verilən məlumata görə, avqustun 23-də saat 01 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində polis serjantı Aydın Babayev xidmətdən kənar vaxtı idarə etdiyi “Mercedes” markalı avtomobillə orada “BMW” markalı avtomobildə xidmətdə olan Bakı BPİ DYPİ YPX-nin inspektoru, polis serjantı Samir Dənziyevi vurub hadisə yerini tərk edib.

S.Dənziyev xəstəxanaya yerləşdirilib.

Görülmüş tədbirlərlə A.Babayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı