Modern.az

Azərbaycanda qadın rektorların sayı 6-ya çatdı

Azərbaycanda qadın rektorların sayı 6-ya çatdı

Təhsil

Bu gün, 11:08

Azərbaycanda bir sıra ali təhsil müəssisələrinə qadın rektorlar rəhbərlik edir. Hazırda onların sırasında dövlət və özəl universitetlərin rəhbərləri də var.

Modern.az xəbər verir ki, Trend-in araşdırmasına görə, hazırda qadın rektorların rəhbərlik etdiyi universitetlər sırasında Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Xəzər Universiteti və Türkiyə-Azərbaycan Universiteti yer alır.

Belə ki, Gülçöhrə Məmmədova 1999-cu ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorudur.

Səadət Əliyeva 2017-ci il martın 13-də Azərbaycan Universitetinin rektoru təyin edilib.

Ceyran Mahmudova 2018-ci il iyulun 30-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsinə təyin olunub.

Xəzər Universitetinin rektoru Raziyə İsayeva isə 2025-ci il sentyabrın 3-də bu vəzifəyə təyin edilib.

Türkiyə-Azərbaycan Universitetinin rektoru Nəcibə Nəsibova 2026-cı il iyulun 30-da təyin olunub. O, universitetin ilk rektorudur.

Son olaraq isə Məleykə Mehdi qızı Abbaszadə 2026cı il 19 noyabr tarixində Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Artan sosial problemlər! Bahalaşma, işsizlik - Çıxış yolu nədir?