
Barəsində korrupsiya iddiaları irəli sürülən UEFA-nın prezidenti Mişel Platininin vəzifədən azad olunacağı iddia edilib.
Modern.az xarici KİV-ə istinadən bilıdirir ki, FİFA prezidenti Yozef Sepp Blatterə qarşı aparılan istintaq çərçivəsində, UEFA prezidenti Platiniyə FİFA-nın xərcləri adı altında 2 milyon dollar ödəndiyi iddia edilmişdi.
İstintaqdakı ittihamlar çərçivəsində Blatterdən 2 milyon dollar aldığı iddia edilən UEFA prezidenti Mişel Platinidən məsələ haqqında məlumat tələb olunmuşdu. İfadəsi alınan Platini də bu ödəməyi təsdiqləyərkən, bunların tamamilə sənədli olduğunu açıqlayıb. Bu açıqlamalarına baxmayaraq, Platininin sabah vəzifədən alınması gözlənilir.
Modern.az