Ötən həftə “Nissan Maxima” Yaxın Şərqdə ilk dəfə, Expo Center Sharjahda keçirilən 10-cu Beynəlxalq Avtoşou-da 12 regionun ən qabaqcıl avtomobil jurnalistləri tərəfindən seqmentinin ən geniş salona malik avtomobili seçilmiş və “Middle East Motor Awards” mükafatına layiq görüldü.
Mükafatı qəbul edən “Nissan”ın Marketinq Departamentinin Meneceri Yuta Yamazaki təqdimat mərasimində jüriyə öz təşəkkürünü bildirdikdən sonra idman üslublu yeni “Nissan Maxima” haqqında məlumat verdi. Cənab Yuta Yamazakinin məlumatına görə lüks avtomobilərin ən yaxşı elementlərini özündə birləşdirən idman üslublu yeni “Nissan Maxima” avtomobili indi müştərilərə daha təkmilləşdirilmiş bir dizaynda təqdim olunur.
290 at gücündə olan yeni “Nissan Maxima” 6 silindirli mühərrikə və CVT transmissiyalı idarəetməyə malikdir. Avtomobildə güzgülərin rənginin avtomatik dəyişilməsi, mexaniki tənzimlənən halogen faralar, dəri üzlüklü sükan və transmissiya, aktiv ön və bərkidilmiş arxa başaltlıqlar, iki zonalı climat-control, məsafədən idarə edilən kilid, multifunksional sükan, salonun sükandan idarə olunması, yüksək keyfiyyətli ağacdan işlənmiş interyer, lyuk, dual səsboğucu, sükanın yuxarı və aşağı istiqamətlərdə hərəkəti, elektron açılıb-bağlanan şüşələr, sürücü üçün 8, yan sərnişin üçün 4 istiqamətdə hərəkət edən elektron oturacaqlar quraşdırılmışdır. Avtomobilin salonu həmçinin 6 diskli radio-CD, mp3 çalar, 8 dinamika, mühərriki çalışdırmaq üçüm start-stop düyməsi və aux çıxışlarla təchiz edilmişdir.
Avtomobildə mərkəzi kilid sistemi, kruiz-control və Bluetooth sistemi də quraşdırılmışdır. Bütün bu sadalanlardan görmək olar ki, avtomobil həqiqətən də lüks avtomobillərin ən yaxşı elementlərini özündə birləşdirir. Və əlbəttə ki, Azərbaycan bazarında özlərini təsdiq etmiş bütün Nissan avtomobilləri kimi yeni “Nissan Maxima” da bazarda özünə layiqli yer tutmağa iddialıdır. “Nurgun Motors” Azərbaycan avtomobilsevərlərinə bu mükəmməl avtomobilə sahib olmaq imkanını yaradır.
|
|
|
|
|
|
|
|
|
|
|
|