Modern.az

Asim Mollazadə seçiciləri "Dostluq"a yığdı... ®

Asim Mollazadə seçiciləri "Dostluq"a yığdı...  ®

Təhsil

30 Oktyabr 2010, 16:51

Seçicilərlə növbəti kütləvi görüşündə Asim Mollazadə «rəqiblər bir-biriləri ilə sovet kolxozunun leksikonunda deyil, sivil siyasi münasibətlərdəkı leksikonda danışmağı bacarmalıdırlar» deyib 



Demokratik İslahatlar Partiyasının sədri, «Demokratiya» bloku tərəfindən namizədliyi 22 saylı Nəsimi ikinci seçki dairəsindən irəli sürülmüş Asim Mollazadə “Dostluq” kinoteatrında seçicilərlə 8-ci kütləvi görüşünü keçirib. Namizəd çıxışı zamanı ölkədə islahatlara ehtiyacı olan sahələrə toxunub. Prioritet hesab elədiyi, bu gün hər bir azərbaycanlını qarabağlı olmağa səsləyən ümummilli problemin həlli yollarından danışarkən deyib:  «Azərbaycanın dövlət büdcəsindən ən çox vəsaitlər hərbiyə ayrılır. Çünki torpaqlarımız işğal altındadır, Ermənistan Qarabağ probleminin sülh yolu ilə həllinə maneçilik törədir. Məcburuq ki, uşaqlarımızın təhsilinə, vətəndaşlarımızın sağlamlığına, sosial ehtiyaclarının ödənilməsinə yönəltməli olduğumuz vəsaitləri silah istehsalına yönəldək. Buna paralel olaraq, büdcə gəlirlərinin ikinci böyük hissəsinin sərf olunduğu təhsilin səviyyəsinin yüksəldilməsinə nail olmalıyıq. Haqq səsimizi dünyada eşitdirə bilən savadlı gənclərə, menecerlərə, diplomatlara ehtiyacımız var. Çox çətinliklə, bir sıra beynəlxalq qurumlarda, xarici ölkələrin parlamentlərində Azərbaycanın haqq səsini eşitdirə bilmişik, Ermənistanın işğalçı olduğu, torpaqlarımızı azad etməsi lazım gəldiyi barədə sənədlərin qəbuluna nail olmuşuq. İndi isə beynəlxalq qüvvələrin təzyiqi ilə Ermənistanı sülhə məcbur etməliyik. Əgər Azərbaycan regionda güclü, demokratik, hərbi cəhətdən qüdrətli dövlət olduğunu isbat edə bilməsə, heç kəs ərazilərimizi bizə qaytarmayacaq».  

A.Mollazadə 20-ci əsrin əvvəllərində Ə.Hüseynzadə, Ə.Topçubaşov, M.Ə.Rəsulzadə, F.Xoyski kimi ziyalıların əsasını qoyduğu müstəqillik, demokratiya ənənələri əsasında Türkiyədə Atatürkün dünyəvi cümhuriyyəti qurduğunu xatırladıb. Bildirib ki, məhz neft vəsaitləri hesabına Avropa və Rusiyanın bir sıra universitetlərində təhsil almış ziyalılarımız sonradan müstəqil dövlətimizi yarada, onu dünyada tanıda bilmişdilər. Və bu gün həmin ənənə davam etməli, neftdən gələn gəlirlər əsasən gənclərimizin təhsilinə yönəlməlidir.   Ölkəmizin potensialından danışan A.Mollazadə «Vətəndaşlarımızın dəyəri təbii qaynaqların dəyərindən üstündür» deyib. Onun fikrincə, bu ölkədə sadə vətəndaşlara məmurların münasibəti dəyişməlidir. İnsanlarımız əl-ələ verərək problemlərdən birlikdə çıxış yolu tapmağı bacarmalıdır. Təbliğat kampaniyalarındakı populist çıxışlara və möcüzələrin vədinə işarə edən namizəd deyib: «Bütün azərbaycanlılar bir-birinin qardaşıdır. Bizim ölkədə nəhayət ki, siyasi mədəniyyət formalaşmalıdır. Rəqiblər bir-birinə dözümlü olmağı, hörmətlə yanaşmağı öyrənməlidirlər. Onlar bir-biriləri ilə sovet kolxozunun leksikonunda deyil, müasir dünyanın sivil siyasi münasibətlərdəkı leksikonda danışmağı bacarmalıdırlar».  

Görüşün sonunda seçicilər A.Mollazadəyə dəstəklərini ifadə ediblər. Keçən beş il ərzində A.Mollazadədən quru vədlər, populist çıxışlar deyil, real iş, seçicilərin problemlərinə öz problemi kimi yanaşma müşahidə etdiklərini söyləyiblər. «Opponentləriniz televiziya çıxışlarında Sizə qarşı son dərəcə ədalətsiz idilər. Yetər ki, onlar Nəsimi seçicilərinə problem yaratmasınlar, bizim problemlərimizin qayğısına Asim Mollazadə qalacaq» deyiblər. «Seçicilər pul qazanmaq barədə düşünənləri deyil, xalqı düşünənləri seçməlidir. Biz populist savadsızları deyil, ölkəmizin səsini bir neçə dildə danışaraq dünyaya bəyan etməyi bacaran alimi, ziyalını və nəhayət bizdən biri olanı seçməliyik. Bu adam da məhz Asim Mollazadədir» deyə polkovnik Vaqif Ağayev bildirib. Seçicilər 7 noyabrda ürəklərində Asim Mollazadənin adını tutaraq seçki məntəqələrinə gedəcəklərini söyləyiblər.   




Seçki qərargahı

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı