Gəncədə “Ramada Plaza” otelində bugünlərdə keçirilən Gələcək Sahibkar Gənclərin “Biznes oyun” yarışında üç komanda gücünü sınadı. Şübhəsiz ki, gənclərin yaxın dostu olan 37 saylı Nizami Birinci (Gəncə) seçki dairəsindən Milli Məclis deputatlığına namizəd Aydın Abbasov da belə bir tədbirə biganə qala bilməzdi.
Yüksək intelektual səviyyədə keçən bu görüş bir daha Azərbaycanda biznesin inkişafına və gənclərin bu istiqamətə olan marağının bariz nümunəsi oldu. Həqiqətən də, son illərdə ölkəmizdə münbit biznes şəraitinin və raqəbət mühitinin yaradılması nəticəsində gənclərimizin bu sahədə qazandığı uğurlar hamini sevindirir. Bu da öz növbəsində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin bu sahəyə ayırdığı diqqət və qayğının nəticəsidir. Aydın Abbasov da “Biznes oyun” yarışının iştirakçılarını təbrik edəndə onlara dərin biliklərə yiyələnməyi, öz sahələrinin əsl professionalı olmağı, ölkəmizin imicini uca tutmağı və həmişə qalib olmağı tövsiyyə etdi.
Görüş iştirakçıları da öz növbəsində qeyd etdilər ki, məhz Aydın Abbasov kimi vətənpərvər və qayğıkeş gənc siyasətçilərin nümunəsi onları belə yaşayıb yaratmağa ruhlandırır.
Seçki qərargahı