Modern.az

Soydaşlarımız Meyn ştatında ağac əkiblər - FOTO

Soydaşlarımız Meyn ştatında ağac əkiblər - FOTO

Diaspor

14 İyun 2024, 11:42

Meyn Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun təşkilatçılığı ilə Meyn ştatında 15 iyun – Milli Qurtuluş Gününə və Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

 

Modern.az xəbər verir ki, aksiyada əkilən ağacların yanında “Meyn Azərbaycan Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Prezidenti (1993-2003) Heydər Əliyevin (1923-2003) xatirəsi şərəfinə Meyn Azərbaycan Cəmiyyəti tərəfindən əkilmişdir”, “Tarix və insanlar qurucu və yaradıcıları həmişə yüksək qiymətləndirirlər” – Heydər Əliyev, “Kökləri ağacın böyüməsi üçün dayanıqlığı təmin etdiyi kimi, Heydər Əliyev də vətəndaşlarının çiçəklənməsi üçün Azərbaycanın stabilliyini təmin etdi” sözlərinin həkk olunduğu lövhələr quraşdırılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı