Modern.az

“Əkinçi”yə şorba atanlara cinayət işi açıldı

“Əkinçi”yə şorba atanlara cinayət işi açıldı

Dünya

7 Noyabr 2022, 20:22

İtaliyanın paytaxtı Romadakı Bonapart Sarayında təşkil olunan sərgidə Vinsent van Qoqun “Əkinçi” əsərinə şorba tökən aktivistlərə qarşı cinayət işi açılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Askanews" agentliyi məlumat yayıb.

 

Roma prokurorluğu ətraf mühit fəallarına qarşı İtaliya Cinayət Məcəlləsinin 518-ci maddəsi ilə cinayət işi başladıb. Bu maddə üzrə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

 

Nəşr qeyd edib ki, Van Qoqun şüşə ilə qorunan tablosu noyabrın 6-da sərgiyə qaytarılıb. 

 

Akif İsmayılov 

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək