Modern.az

Ukraynalıların 88%-i ölkənin Aİ-yə üzv olacağına inanır

Ukraynalıların 88%-i ölkənin Aİ-yə üzv olacağına inanır

Dünya

7 Noyabr 2022, 21:47

Ukrayna vətəndaşlarının 88%-i ölkələrinin 10 ildən sonra Avropa İttifaqının (Aİ) üzvü olacağına inanır.

 

Modern.az xəbər verir ki, bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutu sorğu keçirib.

 

Sorğu ilhaq edilən Krım yarımadası və Rusiyanın işğal etdiyi digər Ukrayna əraziləri istisna olmaqla, bütün ölkə ərazisində keçirilib.

 

Sorğuda 1000 respondent iştirak edib.

 

Sorğunun nəticələrinə əsasən, hətta ağır döyüşlərin müşahidə olunduğu ölkənin şərqində də ukraynalılar Aİ-yə daxil olmağa nikbin baxırlar. Bu ərazidə respondentlərin 76 faizi Ukraynanın gələcəyini Aİ-də gördüklərini bildiriblər.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı