Modern.az

Gürcüstana gələn rusların sayı açıqlandı

Gürcüstana gələn rusların sayı açıqlandı

Dünya

13 Noyabr 2022, 00:55

Qismən səfərbərlik elan edildikdən sonra Gürcüstanda 100 mindən çox Rusiya vətəndaşı məskunlaşıb.

 

Modern.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili "France Inter" radiostansiyasına müsahibəsində bildirib.

 

O qeyd edib ki, Gürcüstanda qalan Rusiya vətəndaşlarının əksəriyyəti orta təbəqənin nümayəndələri və gənclərdir.

 

Zurabişvilinin sözlərinə görə, sentyabrın 21-dən bəri 700 min rus Gürcüstan sərhədini keçib, onlardan 600 mini Avropa ölkələrinə, Türkiyə və ya Ermənistana gedib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi