Modern.az

İrandan qaçaqmal yolu ilə daşınan partlayıcılar ƏLƏ KEÇİRİLDİ

İrandan qaçaqmal yolu ilə daşınan partlayıcılar ƏLƏ KEÇİRİLDİ

15 Noyabr 2022, 19:28

ABŞ Hərbi Dəniz Qüvvələri Oman körfəzində partlayıcı maddə qaçaqmalçılığı edən balıqçı gəmisinin qarşısını alıb.

 

Modern.az xəbər verir ki, bu barədə Oman Körfəzinə nəzarət edən ABŞ-ın 5-ci Donanması məlumat yayıb.

 

Bildirilir ki, gəmi İrandan Yəməndəki Husi qiyamçılarına qaçaqmal yolu ilə silah daşınması üçün istifadə edilən dəniz marşrutunda ələ keçirilib. 

 

ABŞ qüvvələri gəmidə raket və partlayıcı maddələrinin hazırlanması üçün nəzərdə tutulan 70 tondan çox ammonium perklorat aşkar ediblər.

 

Gəmidə dörd yəmənli ekipaj üzvü olub, həmçinin kənd təsərrüfatında və partlayıcı maddələr hazırlamaq üçün istifadə edilən 100 ton karbamid gübrəsi müəyyən olunub.

 

ABŞ-ın 5-ci Donanmasının komandiri, vitse-admiral Bred Kuper bildirib ki, ələ keçirilən maddələr orta mənzilli ballistik raketlər hazırlamaq üçün istifadə edilə bilər.

 

"İranın qanunsuz silah ötürməsi diqqətdən kənarda qalmır. Bu, məsuliyyətsizlikdir, təhlükəlidir və bütün Yaxın Şərqdə zorakılıq və qeyri-sabitliyə gətirib çıxarır", - deyə o qeyd edib.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi