Modern.az

Ərdoğan Bəşər Əsədlə bu ölkədə görüşə bilər 

Ərdoğan Bəşər Əsədlə bu ölkədə görüşə bilər 

24 Noyabr 2022, 00:03

Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsədin Rusiya ərazisində görüşünə dair hazırda heç bir razılaşma yoxdur.

 

Modern.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

 

O qeyd edib ki, nəzəri cəhətdən bu görüşün Rusiya Federasiyasının vasitəçiliyi ilə keçirilməsi mümkündür.

 

“Nəzəri cəhətdən bu mümkündür, lakin bu məsələ ilə bağlı heç bir razılaşma yoxdur”, - Kremlin sözçüsü deyib.

 

Qeyd edək ki, Ərdoğan suriyalı həmkarı ilə görüşün olacağını istisna etməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu