Modern.az

Anım mərasimində tavan çökdü, 32 nəfər yaralandı - YENİLƏNİB 

Anım mərasimində tavan çökdü, 32 nəfər yaralandı - YENİLƏNİB 

Dünya

7 Yanvar 2023, 23:05

Türkiyədə hotelin damının uçması nəticəsində xəsarət alanların sayı 32 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

 

Bildirilir ki, 23 nəfərə yerində tibbi yardım göstərilib, 9 nəfər xəstəxanaya yerləşdirilib.

 

***

20:39

Türkiyədə Sarıqamış əməliyyatının 108-ci ildönümü tədbirləri çərçivəsində keçirilən film nümayişi zamanı zalın tavanı çöküb.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Bildirilir ki, hadisə Qarsın Sarıqamış rayonunda yerləşən hoteldə baş verib.

 

Hadisə yerinə sağlamlıq, polis, xilasetmə və jandarma qrupları, çox sayda təcili yardım cəlb edilib. İlk məlumata görə, hadisə zamanı yüngül yaralanan 10 nəfər Sarıqamış Dövlət Xəstəxanasına aparılıb.

 

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?