Modern.az

Nazir mətbuat konfransı keçirərkən zəlzələ oldu - VİDEO

Nazir mətbuat konfransı keçirərkən zəlzələ oldu - VİDEO

Dünya

6 Fevral 2023, 17:22

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun Adıyamanda keçirdiyi mətbuat konfransında zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bununla bağlı görüntülər Türkiyə mətbuatında paylaşılıb.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumatlara görə, hadisə nəticəsində 912 nəfər həyatını itirib, 5385 nəfər isə yaralıdır. Habelə təbii fəlakət zamanı 2818 bina dağılıb.

 

Bundan sonra gün ərzində Kahramanmaraşda 7.8 bal gücündə daha bir zəlzələ olub və 76 nəfər həyatını itirib. Xeyli sayda yaralı var. Malatya və Adanada isə 5.8 və 6.1 bal gücündə zəlzələ olub.

 

Hazırda zəlzələ nəticəsində həyatını itirənlərin ümumi sayı 1014 nəfər, yaralıların sayı isə 7003 nəfər təşkil edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!