Modern.az

ABŞ taxıl sazişinin uzadılmasını dəstəkləyir

ABŞ taxıl sazişinin uzadılmasını dəstəkləyir

9 Mart 2023, 18:51

ABŞ Rusiya ilə Ukrayna arasında taxıl müqaviləsinin uzadılmasının tərəfdarıdır. 

 

Modern.az xəbər verir ki, bunu MSNBC telekanalına açıqlamasında ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

 

O, müqavilənin uzadılmasının lazım olduğunu bildirib.

 

Rusiya və Ukrayna 2022-ci ilin iyulunda Türkiyənin vasitəçiliyi ilə Ukrayna limanlarından taxıl ixracına dair saziş imzalayıblar. Taxıl müqaviləsinin müddəti martın 18-də başa çatır. BMT-nin baş katibi Antonio Quterreş Kiyevə səfəri zamanı müqavilənin uzadılmasına çağırıb. Onun sözlərinə görə, sövdələşmə 23 milyon ton taxıl ixracını təmin edib, bu isə dünya bazarında ərzaq qiymətlərinin aşağı düşməsinə səbəb olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi