Modern.az

İsrail və Fələstin RAZILIĞA GƏLDİ 

İsrail və Fələstin RAZILIĞA GƏLDİ 

Dünya

19 Mart 2023, 22:51

İsrail və Fələstin qarşılıqlı şəkildə zorakılığı dayandırmaq üçün mexanizm yaratmaq barədə razılığa gəliblər. 

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Bildirilib ki, tərəflər arasında görüş Misirdə baş tutub və danışıq prosesində ABŞ, Misir və İordaniya rəsmiləri iştirak edib.

 

Danışıqlar zamanı tərəflər Ramazan ayında zorakılığın qarşısının alınacağını bildirib.

 

Tərəflər gərginliyin azaldılmasının zəruriliyini bəyan ediblər. Açıqlamada deyilir ki, İsrail hökuməti və Fələstin Muxtariyyəti zorakılığın 3-6 ay müddətinə dərhal dayandırılmasına hazır olduqlarını bildiriblər.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu