Modern.az

Türkiyə seçkiləri: Xaricdə səs verənlərin sayı ilk tura nisbətən 18% artıb

Türkiyə seçkiləri: Xaricdə səs verənlərin sayı ilk tura nisbətən 18% artıb

Dünya

24 May 2023, 20:59

Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərində və sərhəd-buraxılış məntəqələrində səs verənlərin sayı 1 milyon 839 min 488 nəfər olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Komissiyası məlumat yayıb.

 

Bildirilib ki, prezident seçkilərinin ikinci turunda xaricdə səs verənlərin sayı ilk turdakından 18% çox olub. Belə ki, seçkilərin birinci turunda ölkə xaricində və sərhəd-buraxılış məntəqələrində 1 milyon 839 min 470 səs verib. Üstəlik ilk turda xaricdə səsvermə müddəti 13 gün olub.

 

Qeyd edək ki, xaricdəki nümayəndəliklərdə səsvermə proseduru mayın 24-də, sərhəd-buraxılış məntəqələrində isə mayın 28-i saat 17.00-dək davam edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır