Modern.az

Ukrayna üçün 2.6 milyard dollarlıq hərbi YARDIM 

Ukrayna üçün 2.6 milyard dollarlıq hərbi YARDIM 

29 May 2023, 18:25

Danimarka iki il ərzində Ukraynaya hərbi yardım xərclərini 17,9 milyard kron (2,59 milyard dollar) artırmağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mette Frederiksen məlumat verib.

 

Danimarka ictimai radiosuna müsahibəsi zamanı baş nazir hökumətin Ukraynaya yarım fonduna bu il 7,5 milyard, gələn il isə 10,4 milyard kron əlavə etməyi planlaşdırdığını deyib.

 

Ukrayna Prezidenti Volodimir Zelenski qərara görə Danimarka rəhbərliyinə təşəkkür edib. "Bu böyük töhfə qısa və orta perspektivdə Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətini daha da gücləndirəcək", - Zelenski bildirib.

 

Əhalisi 6 milyondan az olan Danimarka Ukraynaya hərbi, mülki və biznes yardımı üçün 1 milyard dollarlıq fond yaradıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir