Modern.az

Qəzzanın cənubundakı sakinləri təxliyə edin! - İsraildən ÇAĞIRIŞ

Qəzzanın cənubundakı sakinləri təxliyə edin! - İsraildən ÇAĞIRIŞ

3 Dekabr 2023, 17:08

İsrail hərbçiləri sakinlərin Qəzza zolağının ikinci ən böyük şəhəri Xan Yunisə təxliyəsi əmri verilən zonanı genişləndirib.

 

Modern.az “Associated Press”ə istinadən xəbər verir ki, İsrail ordusu Xan Yunis və ətraf şəhərdəki ən azı 5 bölgənin əhalisini təhlükəsizlik baxımından bu yerləri tərk etməyə çağırıb.

 

Yerli sakinlərin sözlərinə görə, İsrail hərbçiləri müvafiq xəbərdarlıq vərəqələri səpələyiblər.

 

Xəbərdarlıqda qeyd olunub: “Xan Yunis şəhəri təhlükəli döyüş bölgəsidir”.

 

Agentliyin məlumatına görə, dekabrın 3-nə keçən gecə Xan Yunis, Rəfah yaxınlığında və anklavın şimalındakı yerlərdə irimiqyaslı bombardman olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri