Modern.az

Mirzoyanın müavini sülh müqaviləsi barədə nələr dedi?

Mirzoyanın müavini sülh müqaviləsi barədə nələr dedi?

4 Dekabr 2023, 12:34

Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan Bakı və İrəvan arasında sülh müqaviləsi ilə əlaqədar təkliflər paketi mübadiləsi prosesindən danışıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, nazir müavini jurnalistlərə bu barədə açıqlama verib.

 

"Bakı İrəvanın sülh müqaviləsi ilə bağlı son təkliflər paketinə hələ cavab verməyib", - Safaryan deyib.

 

O bildirib ki, Azərbaycan öz mövqeyini bildirən kimi bununla bağlı məlumat veriləcək.

 

Qeyd edək ki, tərəflər arasında sülh müqaviləsi ilə əlaqədar təkliflər paketi mübadiləsi prosesi bir neçə raunddur ki, davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri