Modern.az

Orban Ukrayna müharibəsi üçün təkliflər hazırladı - Liderlərə göndərdi

Orban Ukrayna müharibəsi üçün təkliflər hazırladı - Liderlərə göndərdi

Dünya

15 İyul 2024, 13:56

Macarıstanın baş naziri Viktor Orban Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı Avropa İttifaqı Şurasının liderlərinə təkliflər göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə Orbanın köməkçisi Balaz Orban məlumat verib.

 

O, təkliflərin vəziyyətin real qiymətləndirilməsinə, real məqsədlərə və müddətlərə əsaslandığını bildirib. Yeni təkliflər Orbanın Kiyev, Moskva, Pekin və Vaşinqtona səfərlərindən sonra formalaşdırılıb.

 

“Baş nazir danışıqların təcrübəsi, sülhməramlı missiyanın birinci mərhələsi və Macarıstanın təklifləri barədə Avropa İttifaqı Şurasının liderlərini yazılı şəkildə məlumatlandırıb. Əgər Avropa sülh istəyirsə və müharibənin həllində və qan tökülməsinə son qoyulmasında son sözü demək istəyirsə, o zaman istiqamət dəyişikliyi hazırlanıb həyata keçirilməlidir”, - Baş nazirin köməkçisi “Magyar Nemzet” qəzetinə deyib.

 

Orbanın sözlərinə görə, Macarıstan planı ABŞ, Aİ, Çin və Türkiyənin Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi ola biləcəyini nəzərdə tutur. “Əsl sülhməramlılıq haqqında düşünəndə bu ölkələr böyük əhəmiyyət kəsb edir. Biz hər yerə getdik və sülh üçün hansı şansın olduğunu müəyyən edək”.

 

Balazs Orbanın sözlərinə görə, Macarıstan yeganə ölkədir ki, münaqişənin iki tərəfi ilə eyni vaxtda dialoq aparır. O, həmçinin vurğulayıb ki, Macarıstan Avropa İttifaqı Şurasına sədrlik etdiyi müddətdən sülh danışıqları üçün şərait yaratmaq üçün istifadə edəcək: “Macarıstan bacarıqlı vasitəçidir, bunu son iki həftə göstərdi. İndi bizim vəzifəmiz yeni yanaşma hazırlamaq və Avropa İttifaqına üzv dövlətləri Viktor Orbanın planına inandırmağa çalışmaqdır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri