Modern.az

İndiki insanlar keçmişdəkilərdən daha ağıllıdır - ARAŞDIRMA

İndiki insanlar keçmişdəkilərdən daha ağıllıdır - ARAŞDIRMA

16 İyul 2024, 13:50

Hazırkı dövrdə insanlar əvvəlki nəsillərə nisbətən daha ağıllıdırlar.

 

Modern.az-ın məlumatına görə, bu barədə "The Economist" nəşrində dərc edilən məqalədə bildirilib.

 

Məqalədə deyilir ki, 72 ölkədə aparılan araşdırma 1948-2020-ci illər arasında insanların orta intellekt əmsalının (IQ) hər on ildə 2.2 bənd artdığını aşkarlayıb. Araşdırma alim Ceyms Flinn tərəfindən aparılıb.


İnsanların daha ağıllı olması daha yaxşı qidalanma və əqli cəhətdən stimullaşdırılma ilə əlaqələndirilir. Bildirilir ki, beynin inkişafı üçün düzgün qidalar və fəaliyyət lazımdır.

 

"Bugünkü uşaqlar keçmişdəkilərə nisbətən qidalanma çatışmazlığından daha az əziyyət çəkirlər və məktəbə getmə ehtimalları daha yüksəkdir", - məqalədə bildirilir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri