Modern.az

Aİ xarici agentlər haqqında qanunun tətbiqindən sonra Gürcüstana pul verməyəcək

Aİ xarici agentlər haqqında qanunun tətbiqindən sonra Gürcüstana pul verməyəcək

Dünya

2 Avqust 2024, 10:22

Avropa İttifaqı ölkədə xarici agentlər haqqında qanunun tətbiqindən sonra Gürcüstan hökumətinə bütün maliyyə yardımının dayandırılması imkanını nəzərdən keçirir.

 

Modern.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət üzrə nümayəndəsi Peter Stano "Europa Press"ə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, Aİ Gürcüstandakı vəziyyətin inkişaf istiqamətindən ciddi şəkildə narahatdır. Stano xatırladıb ki, daha əvvəl Aİ Gürcüstana ölkənin müdafiəsini gücləndirmək üçün istifadə edilməsi planlaşdırılan 30 milyon avronun ayrılmasını dondurub.

 

Avropa İttifaqı həmçinin “mövcud vəziyyətdən çıxış yolu tapmaq üçün nəzərdə tutulanlar istisna olmaqla” Gürcüstan hakimiyyəti ilə siyasi əlaqələri azaldıb. Brüsselin qərarı ilə Gürcüstanın Aİ-yə inteqrasiyası prosesi dayandırılıb.

 

Gürcüstan hakimiyyəti iddia edir ki, bu, Brüsselin Tiflisin hərəkətlərini yanlış şərh etməsi və “qlobal müharibə tərəfinin” təsiri altında olması səbəbindən “müvəqqəti narahatlıqlar”dır. Baş nazir Kobaxidze əmin edib ki, Gürcüstan 2030-cu ilə qədər Aİ-yə daxil olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Komandolar 30 dəqiqəyə düşməni darmadağın edib - ŞOK FAKTLAR