Modern.az

"Google" rusiyalı "YouTube" blogerləri üçün monetizasiyanı ləğv edib

"Google" rusiyalı "YouTube" blogerləri üçün monetizasiyanı ləğv edib

Dünya

12 Avqust 2024, 15:26

"Google" rusiyalı "YouTube" blogerləri üçün monetizasiyanı ləğv edib.

 

Modern.az xəbər verir ki, 2022-ci ilin martında Rusiyada reklam dayandırıldıqdan sonra rusiyalı "YouTube" blogerləri xaricdən baxışdan və ya VPN-dən istifadə etməklə gəlir əldə edə bilirdilər.

 

Bu gün isə rusiyalı blogerlər "Google AdSense" kontekstli reklam xidmətindən onların hesablarının xidmətlə əlaqəsinin kəsilməsi barədə bildiriş alıblar.

 

“Biz yerləşdiyi ölkə Rusiya olan bütün "AdSense" hesablarını deaktiv edirik. Bu o deməkdir ki, siz belə hesablar vasitəsilə monetizasiya edə bilməyəcəksiniz. İyul ayı qazancları hesabınız dayandırılmadığı və ödəniş həddinə çatmadığı təqdirdə avqustun 21-dən avqustun 26-dək ödəniləcək”, - "Google Payments" komandasının açıqlamasında bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ