Modern.az

Azərbaycan təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb

Azərbaycan təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb

Ölkə

6 İyul 2011, 11:07

Azərbaycana məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Bu barədə “RİA-Novosti” agentliyinə Əfqanıstanın dövlət aviaşirkəti “Ariana”nın nümayəndəsi məlumat verib. Onun sözlərinə görə təyyarə paytaxt Kabuldan şimalda yerləşən Pərvan əyalətində qəzaya uğrayıb. Təyyarədə 8 nəfər olub.

Şirkət nümayəndəsinin sözlərinə görə, təyyarə qəzası çərşənbə günü təxminən saat 22:00-da Siyah Gərd yaşayış məntəqəsinin Kurbənd qəzasında baş verib.

"İndiyədək təyyarənin düşdüyü yer müəyyən olunmayıb. Axtarışları yerli polis və ordu bölmələri aparır",-deyə "Ariana"nın nümayəndəsi “RİA-Novosti”yə məlumat verib.

Qəzaya uğramış təyyarənin ekipajının taleyi barədə hələlik məlumat daxil olmayhıb.

“Assoşeyted Press” agentliyi Kurbənd qəzasının hökümətinin saytına istinadən bildirib ki, təyyarənin düşdüyü yerdə yanğın baş verib.

Bununla yanaşı, Əfqanıstandakı ABŞ-ın koalisya qüvvələri və onların Əfqanıstandakı müttəfiqi olan mayor Tim Ceymsin agentliyə verdiyi məlumat görə, təyyarə dağa 3.8 metr hündürlüyündə çırpılıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı