Modern.az

Azərbaycanda avtomobil alıcıları hansı markaları seçirlər? - MARAQLI

Azərbaycanda avtomobil alıcıları hansı markaları seçirlər? - MARAQLI

Страна

1 Noyabr 2012, 13:01


Bəzən bu əşyaya ikinci ev, hətta ikinci arvad deyənlər də olur. Səbəbini isə hər kəs bir cür izah edir. Kimisi bunu köməkçi vasitə, kimisi isə qulluq, nəvaziş, baxımlılıq tələb edən bir əşya hesab edir. Təbii ki, burada söhbət avtomobillərdən gedir. Maraqlıdır, azərbaycanlıların ən çox maraq göstərdiyi avtomobil markaları hansılardır?

Avtomobil.az saytının redaktoru Zaur Əzizov bu mövzuda Modern.az-a danışarkən bildirib ki, maşınları seqmentinə görə bölmək lazımdır:
“A seqmentində – “Hunday İ 10”, B seqmentində – “Hunday İ 20”, “Volksvagen-polo”, C sqmentində – “Nissan Sunny”, “Hunday aksent”, “Şevrolet aveo” modelleri var ki, birmənalı olaraq demək olmur ki, bu modellər daha çox satılır. Bizim ölkədə ən çox maraq göstərilən və satılan maşın markaları “Hunday”, “Nissan”, “KİA”, “Toyota” markalarıdır. Avtomobil alarkən satıcılar əsasən qiymətə və keyfiyyətə önəm verirlər. Burada salonun tərtibatı da çox rol oynayır“.

Z.Əzizov deyib ki, hazırda Azərbaycanda seriyalı maşınlar arasında bahalı avtomobillərin sayı azlıq təşkil edir: “Bizdə istifadə olunan ən bahalı markalar “Alpino”, “Bentli”, “Mersedes AMC” markalı avtomobillərdir. Bu maşınların qiymətləri 300-400 min dollar arasında dəyişir. Hazırda ən çox 10-16 min dollar civarında olan maşınlar alınır. Ən çox satılan işlənmiş maşınların qiymətlərinə və markalarına gəldikdə isə, bu avtomobillərin qiymətləri 3-90 min dollar arasında dəyişir. Bu, “Mercedes Benz”dir”.
Z.Əzizov deyir ki, hazırda ölkəyə yeni gətirilən maşınların olduqca normal satışı var.

Qadınların daha çox hansı maşın markalarını seçməyinə gəlincə, ekspert bildirilib ki, bunlar “Nissan”, “Hunday”, “Suzuki” markalarıdır.

Nihadə Eyyubova

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı