Modern.az

Bakı metrosunda yeni ticarət köşkləri quraşdırıldı - FOTO

Bakı metrosunda yeni ticarət köşkləri quraşdırıldı - FOTO

Ölkə

24 Mart 2015, 10:02

Xəbər verdiyimiz kimi, Bakı Metropoliteninin rəhbərliyi stansiyalrın ərazisində, yeraltı keçidlərdə sərnişinlərin hərəkətinə maneə törətməyən ticarət obyektlərinin fəaliyyətinə icazə verib.
“Bakı Metropoliteni” QSC-dən Modern.az-a verilən məlumata görə, artıq yenicə təmir olunan “Nərimanov” metrostansiyasının keçidlərində təzə ticarət köçklərinin quraşdırılmasına başlanılıb.
Ardınca belə köşklərin “Gənclik”, “Koroğlu” və daha bir neçə stansiyada da quraşdırlması planlaşdırılır.

Əməkdaşımız “Nərimanov” stansiyasında quraşdırılan yeni ticarət köşkünü fotokameranın yaddaşına köçürüb. Şüşə konstruksiyalardan hazırlanan yeni köşklər quruluşca əvvəlkilərdən tamamilə fərqlənir.

“Bakı Metropoliteni” QSC-dən Modern.az-a o da bildirilib ki, yeni köşlərin fəaliyyəti aşağıdakı istiqamətlərdə olacaq:

- apteklər şəbəkəsi;
- su, qəhvə satışı və s. xidmətləri yerinə yetirən çoxfunksiyalı aparatlar;
- kitab ticarəti şəbəkəsi;
- gül salonları şəbəkəsi.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı