Modern.az

Cəbhədəki son durumla bağlı rəsmi AÇIQLAMA

Cəbhədəki son durumla bağlı rəsmi AÇIQLAMA

Təhsil

28 Aprel 2016, 10:15

“Hazırda təmas xəttində vəziyyət stabildir, silahlı qüvvələrimiz əməliyyat şəraitinə tam nəzarət edir”. Bu sözləri Modern.az saytına Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, ermənilər birmənalı olaraq mülki əhalini hədəf alıb:

“Ötən gün axşam saatlarından başlayaraq gecə saatlarınadək erməni silahlı bölmələri Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələrini iriçaplı minaatanlardan, həmçinin D-30 haubitsalarından atəşə tutub”.

V.Dərgahlı bildirib ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.  

Gülşən RAUFQIZI

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı