Modern.az

Gürcü nazir Saakaşvilini Ukraynada vəziyyəti gərginləşdirməkdə ittiham etdi

Gürcü nazir Saakaşvilini Ukraynada vəziyyəti gərginləşdirməkdə ittiham etdi

Təhsil

6 Mart 2014, 13:08


Gürcüstanın Avroatlantik strukturlarla inteqrasiya məsələləri üzrə naziri Aleksi Patriaşvili keçmiş prezident Mixail Saakaşvilini Ukraynada müxalifətə dəstək verdiyinə görə ittiham edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, nazir M. Saakaşvilini Ukraynadakı gərginliyi qızışdırmaqda təqsirləndirib. Onun sözlərinə görə sabiq prezidentin Kiyevdəki çıxışları Ukraynada partlayış ərəfəsində olan alovu bir az da körükləndirib. A. Patriaşvili Rusiya amilini nəzərə alaraq keçmiş dövlət başçısının tərəfdarlarınının   M. Saakaşvilini bu hərəkətlərdən çəkindirmək üçün addımlar atmalı olduğunu bildirib. “Mən “Vahid Milli Hərəkat” liderlərinə səslənirəm. Onlar Saakaşviliyə təyyarəyə oturub təcili Kiyevi tərk etməyi məsləhət görsünlər. Saakaşvilinin anti-rus əhval ruhiyyədə  “azadlıqsevər” bəyanatları öküz üçün qırmızı əskini xatırladır. Saakaşvili hakimiyyətdə olduğu dönəmdə buraxdığı səhvlərə bəraət qazandırmaq üçün Ukrayna xalqının azadlığı üçün mübarizə apardığını qeyd edir”-deyən nazir onu da əlavə edib  ki, Saakaşvilinin bəyanatları Ukraynaya yalnız əlavə problemlər yaradacaq. Gürcü nazir Ukrayna xalqını Saakaşvilinin təxribatlarına uymamağa çağırıb.  

 

Aqşin Kərimov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı