Modern.az

Bu gün Azərbaycanda bir neçə dəfə zəlzələ olub

Bu gün Azərbaycanda bir neçə dəfə zəlzələ olub

Təhsil

15 Mart 2014, 08:44

Bu gün səhər saatlarında Masallıda zəlzələ baş verib. 

Modern.az-in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 06:21-də Lənkərandan 22 km şimal-qərbdə, Masallıda 24 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ yaxın yaşayış məntəqələrində 3-4 bal gücündə hiss olunub.

Qeyd edək ki, bu gün, həmçinin Xəzər dənizində zəlzələ olub.

İlkin məlumatlara əsasən, yerli vaxtla saat 04:59-da Qubadan 42 km şimal-şərqdə, Xəzər dənizində 3 km dərinlikdə zəlzələ qeydə alınıb. 4 maqnitudalı zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

  Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı