Modern.az

Bakıda iki intihar: şagird özünü asıb, tələbə binadan atlanıb

Bakıda iki intihar: şagird özünü asıb, tələbə binadan atlanıb

Təhsil

24 Mart 2014, 11:12

Bakıda iki intihar hadisəsi baş verib. Yeni Yasamal qəsəbəsində 286 saylı orta məktəbin həyətində məskunlaşan, məcburi köçkün 14 yaşlı Cəfərov İlham özünü asaraq intihar edib.
APA-nın məlumatına görə, hadisə yerinə təcilli tibbi yardım çağırılsa da, İlham Cəfərovu xilas etmək mümkün olmayıb. 

Bakıda daha bir intihar tələbə ilə bağlı olub. Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə paytaxtın Dilarə Əliyeva küçəsi, 253 ünvanında yerləşən 16 mərtəbəli binada qeydə alınıb. 

Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Kərimli Kamil Vaqif oğlu binanın damından özünü atıb. O, yerindəcə keçinib.
Polisdən həmçinin bildirilib ki, K. Kərimli Mədəniyyət və İncəsənət Universitetinin 2-ci kurs tələbəsi imiş. K. Kərimlinin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

 Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı