Kreml Ukrayna ilə sərhəddə Rusiya Müdafiə Nazirliyinin qoşun yerləşdirilməsini etiraf edib. Modern.az rus KİV-nə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov açıqlamasında bu barədə danışıb. Kreml rəsmisi bunu Rusiyanın təhlükəsizlik məsələləri ilə əlaqələndirib. “Moskva öz təhlükəsizliyini təmin etmək üçün tədbir görmək hüququna malikdir”,-deyə D. Peskov bildirib.
Qeyd edək ki, mətbuat və Qərb dairələri Rusiyanın Ukrayna ilə sərhədə 40 min nəfərdən ibarət qoşun yığdığı haqqında məlumatlar verib.
Ayşən Mönsümlü