Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 4 mənzildən ibarət yaşayış binasında (arakəsmə və tavanı taxta konstruksiyalardan ibarət) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğınsöndürənlər yanğın yerinin kəşfiyyatı zamanı 1989-cu il təvəllüdlü Sadiq Arazxan oğlu Soltanovun cəsədini aşkar ediblər. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Mərhum "Mizan-tərəzi" qəzetinin baş redaktoru kimi təqdim olunub. Bu qəzetin qadın işçisi bir neçə gün əvvəl zorlama şikayəti ilə bağlı polis bölməsinə şikayət etmişdi.
Modern.az