Modern.az

Rusiya-Çin yaxınlaşması: "Putin öz təbliğatını quracaq” - EKSPERT

Rusiya-Çin yaxınlaşması: "Putin öz təbliğatını quracaq” - EKSPERT

Təhsil

22 May 2014, 10:30


Dünən Rusiyanın “Qazprom” şirkəti və Çinin milli neft-qaz şirkəti CNPC arasında Çinə Rusiya qazının çatdırılması haqqında müqavilə imzalanıb. Bu marşrut üzrə 30 il ərzində 38 milyard kub metr qazın nəqli nəzərdə tutulur. Sənədi Çinə səfəri zamanı Rusiya prezidenti Vladimir Putin imzalayıb.
“Qazprom”un rəhbəri Aleksey Miller bildirib ki, müqavilənin ümumi qiyməti 400 milyard dollardır. Rusiya və Çin arasında qaz müqaviləsi haqqında danışıqlar 10 il ərzində aparılsa da, qiymət haqqında fikir ayrılıqlarına görə tərəflər razılaşmaya nail ola bilmirdilər.
Bəzi xarici ekspertlər bildirilər ki, bununla Rusiya Qərbin sanksiyalarından canını qurtataraq Çin kimi böyük bazara çıxış əldə edib.

Modern.az saytı xəbər verir ki, amma azərbaycanlı iqtisadçı Azər Mehtiyev isə fəqli düşünür.
Ekspert deyir ki, bu saziş Rusiya prezidenti Putinə öz maraqları naminə lazım idi:

“Rusiyanın Çinlə qaz sazişi imzalanmasının Qərbin sanksiyalarının təsirini azaldacağını düşünmürəm. Bu saziş hələ yeni qaz sahələrinin istismarını, yeni qaz kəmərinin çəkilməsini nəzərdə tutur. Çox məsrəfli, az gəlirli bir layihədir və daha çox Çinin xeyrinə olan bir sazişdir. İndiki halda bu sazişin tələsik imzalanması Putinə daha çox ölkə daxilində təbliğat vasitəsi olaraq lazımdır ki, xalqı inandırsın ki, Rusiyanın qazını satmaqla bağlı problemi yoxdur və Qərbin sanksiyalarından əndişələnməyə əsas yoxdur”.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı