Modern.az

İraq ordusu turkmanların qəsəbəsini İŞİD-dən təmizlədi

İraq ordusu turkmanların qəsəbəsini İŞİD-dən təmizlədi

Təhsil

31 Avqust 2014, 21:10

80 gündür İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının mühasirədə saxladığı və əhalisinin 20 mini turkman olan Amirli qəsəbəsinə İraq ordu birlikləri çatıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 18 saat davam edən qarşıdurmaların ardından regiondan İŞİD çıxarılıb.

Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, İraq ordusu gecə başlayan genişmiqyaslı əməliyyat nəticəsində Amirlinin ətrafındakı terror təşkilatı İŞİD-in mühasirəsini qırıb. Kürd və şiə milislərin, eyni zamanda ABŞ döyüş təyyarələrinin da hava dəstəyi verdiyi birliklər Amirli ətrafındakı Həbəş, Konfet, Hafriye və Yengicə kəndlərini də ələ keçirdikdən sonra qəsəbəyə girib. Çox sayda itki verən İŞİD terrorçuları regiondan çəkilmək məcburiyyətində qalıb.

Sakinlərinin əksəriyyəti turkman olan Amirli qəsəbəsi 2 aydır İŞİD-in təzyiqi altındaydı. Qurudan əlaqə qurula bilməyən qəsəbəyə Bağdaddan qalxan vertolyotlarla humanitar yardım göndərilirdi. Qəsəbədə humanitar vəziyyətin ağırlaşması səbəbindən ABŞ döyüş təyyarələri gecə Amirli ətrafındakı İŞİD-in hədəflərini vurmuşdu.


Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı