“Azərbaycan İnkişaf Mərkəzi” İctimai Birliyi Lənkəran şəhərində “Azərbaycan gəncliyi milli irsimizin dayağıdır” adlı layihəsini həyata keçirib.
Modern.az xəbər verir ki, “AİM” baş katibi Bəxtiyar Rəhimov Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirlən layihənin məqsədi haqqında danışaraq bildirib ki, burada əsas hədəf xalqımızın qədim, zəngin milli mənəvi və əxlaqi dəyərlərimizi təbliğ etməkdirLənkəran şəhər Gənclər evində keçirilən tədbirdə şəhər icra hakimiyyətinin ictimai - siyasi məsələlər üzrə şöbəsinin rəsmisi Nazim Əmənullayev iştirak edib. Layihədə rayonda yaşayan 20 nəfər gənc iştirak edib. Tədbirdə iştirak edən gənclərə bukletlər və dəftərxana ləvazimatları verilib.
Modern.az