Modern.az

"Demirik ki, hansısa ittifaqa girək, sonra bizə Qarabağı versinlər”

"Demirik ki, hansısa ittifaqa girək, sonra bizə Qarabağı versinlər”

Təhsil

17 Oktyabr 2014, 14:34


“Azərbaycanın Rusiya ilə həm iqtisadi, həm də humanitar sahədə yaxşı münasibətləri var. Bu münasibətlər təkcə Rusiya ilə belə deyil. Biz ikitərəfli münasibətlərə həmişə üstünlük vermişik”. Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Zaiyafət Əsgərov deyib. Onun sözlərinə görə, Azərbaycanın Avropa İttifaqı, Avropa Parlamenti ilə də yaxşı münasibətləri var.
“Biz fərq qoymuruq ki, kimləsə daha üstün münasibətlər quraq. Azərbaycan inkişafın elə mərhələsindədir ki, bir çox dövlətlərin, o cümlədən Rusiyanın ölkəmizə marağı artıb. Sözsüz ki, xarici siyasətimizi milli maraqlar üzərində qururuq”.

Z. Əsgərovun sözlərinə görə, Azərbaycanın Gömrük İttifaqına üzv olmamasının səbəblərinə də aydınlıq gətirib. O bildirib ki, Azərbaycan ikitərəfli münasibətlərə üstünlük verir.

Vitse-spiker Azərbaycanın Avrasiya İttifaqına üzv olacağı təqdirdə Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı məsələlərə də münasibət bildirib.
“Biz Qarabağa görə hansısa ittifaqa üzv ola bilmərik. Qarabağ elə bir məsələdir ki, onunla ticarət etmək olmaz. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Azərbaycanın əzəli torpaqlarıdır. Biz kiminsə qabağında belə bir məsələ qoymamışıq ki, hansısa ittifaqa girək, sonra bizə Qarabağı versinlər”.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı