ABŞ-ın Suriyada silahlandırdığı və təlim keçdiyi iddia olunan müxalif qruplar Əl-Qaidə terrorçularına təslim olub. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, onlar Suriya İnqilab Cəbhəsi və Hazm hərəkatıdır.
Məlumata görə sözügedən qrupalmaşmalar İdbilin şimalındakı hərbi bazalarını Əl –Qaidəyə bağlı olan Əl-Nusra cəbhəsinə verib.Qeyd edək ki, adıçəkilən qruplaşmaların hamısı Suriya prezidenti Bəşər Əsədə qarşı döyüşürdü.
Modern.az